Forum WWW.IMPERIA.AZ » WWW.imperia.az layihəsinin qanunları » WWW.İMPERİA.AZ-Qanunları - Законы в WWW.İMPERİA.AZ
Автор Тема: WWW.İMPERİA.AZ-Qanunları - Законы в WWW.İMPERİA.AZ
  0 / -0    написано: 2026-08-26 19:28:46 

WWW.IMPERIA.AZ NİZAMNAMƏ, QANUNLAR VƏ CƏZALAR

Müqəddimə:
WWW.IMPERIA.AZ virtual reallığın qanunları müzakirə olunmur və bütün döyüşçülər tərəfindən müstəsnasız yerinə yetirilməlidir. Qanunları bilməmək məsuliyyətdən azad etmir!

\"Стражи порядка\" bu və ya digər qaydaları, şərtləri tərtib və onların icra olunmasını tələb etmə səlahiyyətinə malikdir. Bu qanunların yerinə yetirilməsinə qanun icraçısı olan \"Стражи порядка\" nəzarət edir. \"Стражи порядка\" bu və ya digər cinayət tərkibinin olması haqqında qərarlar qəbul edir.

WWW.IMPERIA.AZ administrasiyasının mülahizəsinə əsasən cəzalar tək-tək və komplekt şəkildə həmin vaxt deyil, sonradan da tətbiq oluna, həmçinin ağırlaşdırıcı hal kimi artırıla bilər.

WWW.IMPERIA.AZ layihəsində \"Стражи порядка\" Administrasiya tərəfindən yaradılıb. Forumdakı “Şikayətlər” bölməsi istisna olmaqla heç bir halda \"Стражи порядка\" fəaliyyəti müzakirə oluna bilməz. Tətbiq olunmuş cəzaya görə şikayət oluna bilər.

Qanunun hər hansısa bir bəndinin pozulmasının vaxtca köhnəliyi yoxdur. Qanunsuzluqla mübarizə aparan \"Стражи порядка\" fəaliyyəti WWW.IMPERIA.AZ layihə qanunlarına əsaslanır. WWW.IMPERIA.AZ qanunları istənilən vaxt administrasiya (rəhbərlik) tərəfindən əlavə oluna və ya dəyişdirilə bilər.

Qeydiyyat zamanı buraxılan qanun pozuntuları:

Qəhrəmanın (personajın) qeydiyyatı zamanı istifadəçi adında (Login, nik) qeyri-normativ leksika, üstüörtülü təhqir, irqçilik, milliyyətçilik, narkotiklərin təbliğatı, dini və siyasi təbliğat, həmçinin WWW.IMPERIA.AZ-a aidiyyatı olmayan bütün növ reklam xarakterli ifadələrin istifadə olunması qadağandır.

Cəza: Blok

Qəhrəmandan (personajdan) yalnız onu qeydiyyatdan keçirmiş döyüşçü (istifadəçi) istifadə edə bilər. Qalan bütün hallarda şifrənin ikinci şəxsə ötürülməsi kimi qəbul olunur və qəti qadağandır.

Cəza: Blok

Bir kompüterdən, IP-dən (Internet Protocol) bir qəhrəmandan (personajdan) artıq qəhrəman oyuna daxil olursa, bu qəhrəmanların sahibləri anketdə həqiqi məlumatı göstərməlidirlər, həmçinin bunu qəhrəman haqqında məlumatda qeyd etməlidirlər.

Cəza: Şəxsiyyəti təsdiq edən sənədin scan versiyasının tələbi. Yerinə yetirilmədikdə sürgün 7-30 gün

Anketdə qanunsuzluqlar:

Təhqir, irqçilik, millətçilik qadağandır.

Cəza: Anketi bağlamaq

3.2 Narkotiklərin reklamı, küçə təbliğatını əks etdirən yazılar, ədəbsiz ifadələr qadağandır.

Cəza: Anketi bağlamaq

3.3 Dini və siyasi işlərin aparılması, terrorçuluğa açıq-aşkar və ya dolayı yolla çağırışların edilməsi, dövlət əleyhinə çağırışların edilməsi, millətlərarası ədavətin qızışdırılması qadağandır.

Cəza: Anketi bağlamaq

3.4 Administrasiya və ya oyun prosesində iştirak edənləri təhqir edən ifadələr yazmaq qadağandır.

Cəza: Anketi bağlamaq, sürgün 7-30 gün

3.5 Digər web səhifələrə aid reklamların yazılması qadağandır.

Cəza: Anketi bağlamaq, susma maksimum (rütbəyə görə)

3.6 Hər hansı bir kommersiya razılaşmasının həyata keçirilməsinə icazəsi olmayan xidmətlərin təklifi (dilerlərdən başqa), döyüşçülərin icazəsiz real pulla alışı/satışı xidmətlərinin təklifi qadağandır.

Cəza: Anketi bağlamaq və sürgün 30 gün

3.7 Layihənin işlənməsinə problem yaradacaq məlumatların yayılmasına cəhd etmək qadağandır.

Cəza: Anketi bağlamaq və sürgün 7 gün, məhəl qoymadıqda Blok

Çat və forum qanunsuzluqları:

4.1 Hər hansı bir qəhrəmanın təhqiri, etikadan kənar davranış, ədəbsiz ifadələrin yazılması, əxlaqsız davranış qadağandır.

Cəza: Susma 1 saat, təkrar olunarsa artırılır.

4.2 İrqçilik, millətlərarası ədavət, dövlət əleyhinə davranışlar, terrorçuluq fəaliyyətləri aparmaq qadağandır.

Cəza: Susma 6 saat, anketi bağlamaq, təkrar olunarsa sürgün 7-30 gün

4.3 Döyüşlərə ərizə verən zaman istifadə olunan şərhlərdə qeyri-normativ leksikanın istifadəsi qadağandır.

Cəza: Susma 1 saat

4.4 Seksual təzyiq, porno materialların yayılması, intim əlaqə təklifi.

Cəza: Susma 6 saatdan başlayaraq

4.5 Realda hədə-qorxu gəlmək, açıq-aşkar qisasçılıq təhdidləri aparmaq, ümumi çatda nömrə yazmaq qadağandır.

Cəza: Susma 1 saat, təkrar olunarsa sürgün 1-7 gün

4.6 Digər veb səhifələrin, proyektə aid olmayan reklamların yazılması qadağandır.

Cəza: Susma 24 saat, təkrar olunarsa sürgün 7-30 gün

4.7 Flood hesab olunur: Smayl və ifadələrin 3 dəfədən çox daimi təkrar olunması, böyük hərflərlə yazmaq, məna verməyən hərflər yığını, həmçinin normal danışığı pozan hər şey.

Cəza: Birinci dəfə privatda xəbərdarlıq, təkrar olunarsa rəsmi xəbərdarlıq, davam edərsə 15 dəq. Xəbərdarlıq və beləcə artırılır.

4.8 Digər döyüşçüyə mənəvi və maddi zərər verə biləcək məlumatların yayılması qadağandır.

Cəza: Susma 6 saat

4.10 Ümumi çatda və ya forumda Administrasiya və \"Стражи порядка\" müzakirəsi (Şikayətlər bölməsi istisna) qadağandır.

Cəza: Susma 6 saat

4.12 Forum və ya ümumi çatda hər hansı bir online proyektin müzakirəsi qadağandır.

Cəza: Susma 6 saat

4.13 Qanunverici orqanın və ya qanun icraçısı olan \"Стражи порядка\"-ın rəhbərliyinin dəyişməsinə açıq çağırışlar.

Cəza: Blok

Döyüşçü qanunsuzluqları:

5.1 Bir şəxsin iki və ya daha artıq döyüşçü qeydiyyatdan keçirməsi (Qora multu olar) qadağandır.

Cəza: Əsas nik sürgün 7-30 gün, mult nik blok

5.2 Sövdələşmə üzrə (heç-heçə) danışılmış döyüşlər keçirtmək qadağandır.

Cəza: Sürgün 30 gün

5.3 İcarə, kredit və ya ticarət razılaşmasının həyata keçirilməsi zamanı öhdəliklərin pozulması, həmçinin digər əmlakın oğurlanması dələduzluqdur və qadağandır.

Cəza: Blok

5.4 WWW.IMPERIA.AZ dəmirçixanasında əşyaların yazılması zamanı qeyri-normativ leksikanın istifadəsi qadağandır.

Cəza: Sürgün 7-30 gün

5.5 Hədiyyələrin üzərindəki qeydlərdə qeyri-normativ leksikanın istifadəsi qadağandır.

Cəza: Sürgün 7-30 gün

5.6 Döyüşçülərin (istifadəçilərin) digər oyunçulara müftə (havayı) olaraq oyunun pul vahidlərini, əşyalarını ötürməsi və həmçinin qəbul edilməsi də qadağandır. Yalnız WWW.IMPERIA.AZ-ın administrasiyası tərəfindən mərhələyə görə təyin olunmuş limit çərçivəsində hədiyyələr və döyüşçülər arasında bağlanmış müqavilə (saziş) əsasında ötürmələr istisnalar təşkil edir. Əks halda ötürmələr qanunsuz maliyyə əməliyyatları hesab olunur.

Cəza: Blok

5.7 Bir kompüterdən, IP-dən (Internet Protocol) daxil olan qəhrəmanlar (personajlar) arasında ötürmələr qanunsuz maliyyə əməliyyatları hesab olunur.

Cəza: Sürgün 7 gün

5.8 Oğurlama və ya qəhrəmana (personaja) maddi və ya mənəvi zərərin yetirilməsi məqsədi ilə WWW.IMPERIA.AZ qəhrəmanlarının sındırılması qəti qadağandır.

Cəza: Blok

5.9 Zver adlarına, Xanlıq başçıları, klan heyətindən kimlərəsə əxlaqsız ləqəb yazmaq qadağandır.

Cəza: Xəbərdarlıq, sürgün, xanlığın 1000 platin cəriməsi.

Yalan:

WWW.IMPERIA.AZ-ın administrasiyasının (müdiriyyətinin) adından istifadə edərək yalan vədlər vermək, döyüşçülərin (istifadəçilərin) aldadılması.

Cəza: Sürgün 30 gün

WWW.IMPERIA.AZ-ın administrasiyasının (müdiriyyətinin) və ya \"Стражи порядка\" və “Истинный Мрак”-ın aldadılması, yalan ifadələrin (məlumatların) verilməsi, xüsusi hazırlanmış (düzəldilmiş) təsdiqedici sənədlərin təqdim olunması.

Cəza: Sürgün 30 gün

6.3 Böhtan, zorakılıq haqqında bilərəkdən \"Стражи порядка\" və “Истинный Мрак”-a yanlış məlumatın verilməsi (sitatın modifikasiyası) və ya məlumatın hər hansı bir vasitə ilə saxtalaşdırılması.

Cəza: Blok

Texniki Qanunsuzluqlar:

7.1 Oyun səhvlərindən (BAQ) öz məqsədi üçün istifadə.

Cəza: Sürgün 7-30 gün

7.2 WWW.IMPERIA.AZ administrasiyasından (müdiriyyətindən) proqram səhvlərinin olması haqqında məlumatın gizlədilməsi və ondan istifadə olunması qadağandır.

Cəza: Sürgün 30 gün

\"Стражи порядка\" və “Истинный Мрак”-ın səlahiyyətlərini aşması:

8.1 \"Стражи порядка\" və “Истинный Мрак”-ın digər döyüşçüdən (istifadəçidən) rüşvətin alması.

Cəza: Orden və tarman sıralarından uzaqlaşdırmaq, sürgün 7-30 gün

8.2 Xidməti məlumatın yayılması.

Cəza: Orden və tarman sıralarından uzaqlaşdırmaq, sürgün 7-30 gün

8.3 Casusluq (öz maraqları üçün və ya ümumilikdə WWW.IMPERIA.AZ layihəsinə zərər verə biləcək WWW.IMPERIA.AZ administrasiyasının ziyanına istifadə etmək məqsədi ilə məxfi məlumatın ötürülməsi, yığılması, oğurlanması, saxlanması).

Cəza: Orden və tarman sıralarından uzaqlaşdırmaq, sürgün 7-30 gün

8.4 Səhlənkarlıq (xidmətə səhlənkar və ya diqqətsiz yanaşması nəticəsində \"Стражи порядка\"-lar tərəfindən öz vəzifə borcunun yerinə yetirilməməsi və ya öz işlərinə laqeyd yanaşma).

Cəza: Xəbərdarlıq, təkrar olunarsa rütbənin 1 pillə aşağı salınması

8.5 Əmrə tabe olmama (vəzifəcə, rütbəcə özündən böyük və ya birbaşa tabeçiliyində olduğu \"Стражи порядка\" və “Истинный Мрак”-ın əmrlərinə, göstərişlərinə tabe olmamaq, boyun qaçırmaq).

Cəza: Orden və tarman sıralarından uzaqlaşdırmaq.

9.1 Xanlıq saytlarının və xanlıq xidmətlərinin birbaşa və ya dolayı yolla reklamı Xanlıq başçısı, onun müavini və xüsusi təyin olunmuş \"Carçı\"-dan başqa qəhrəmanlar üçün qadağandır. İstisna WWW.IMPERIA.AZ forumunda xüsusi ayrılmış \"Ханства\" bölməsində Xanlıq saytlarının reklamı təşkil edir.

Cəza: Xanlıq başçısının 1000 platin cəriməsi

9.2 Hər hansı bir dinə, irqə, millətə, xalqa və ya mədəniyyətə, həmçinin siyasi, cinsi mənsubiyyətə görə ayrı-seçkilik, alçaldılma və ya nifrət təbliğ edən materialların reklamı və yayılması qadağandır.

Cəza: Blok

Yuxarıda qeyd olunmuş hərəkətlərə görə mümkün cəzalar:

• WWW.IMPERIA.AZ çatında susma cəzası.
• WWW.IMPERIA.AZ forumunda susma cəzası.
• WWW.IMPERIA.AZ proyektindən uzaqlaşdırılma.
• WWW.IMPERIA.AZ həbsxanasında saxlama.
• Qəhrəmanın (personajın) blok edilməsi.
• Qəhrəmanın (personajın) anketinin bağlanması.
• Qəhrəmanın (personajın) müsadirə olunması.
• Qəhrəmanın (personajın) WWW.IMPERIA.AZ məlumatlar bazasından silinməsi.

Вы не авторизованы