Forum WWW.IMPERIA.AZ » Oyunla bağlı yardım » Oyunçu hesabımın bağlanmasi
Автор Тема: Oyunçu hesabımın bağlanmasi
  0 / -0    написано: 2026-10-04 10:39:41 

Salam.

Oyunçu hesabımın bağlanması ilə bağlı məlumat almaq istəyirəm.

Mən oyunçunu təxminən 3 həftə əvvəl yaratmışdım və hər gün 2–3 saat ərzində oyunda aktiv olurdum. Lakin 2 gün əvvəl hesabıma daxil olmaq istədikdə “İstifadəçi tapılmadı” bildirişi ilə qarşılaşdım. Buna görə də məcbur olub yenidən qeydiyyatdan keçdim.

Hesabımın hansı səbəbdən silindiyini və ya bağlandığını öyrənmək istərdim. Çünki əvvəlki hesabımda “Спуск в Катакомбы” və “Спуск в Портал” bölmələrini oynamışdım və oyun üçün lazım olan bəzi əşyaları artıq toplamışdım.

Xahiş edirəm, mümkün olduğu halda, hesabımın niyə silindiyi barədə məlumat verəsiniz. Həmçinin bilmək istərdim ki, yeni yaratdığım hesabla da eyni problemin təkrar baş vermə ehtimalı varmı?

Əvvəlcədən təşəkkür edirəm.


Вы не авторизованы